Çeçenistana gələnlər üçün 2 həftəlik karantin ləğv edildi
30 İyun 2020 12:06 DünyaÇeçenistan rəhbəri Ramzan Kadırov regional operativ qərargahın iclasında respublikaya gələnlər üçün iki həftəlik karantin tələbinin ləğv edilməsini tapşırıb.
Kadırovun sözlərinə görə, artıq respublikanın inzibati sərhədini keçmək üçün test nəticələrini göstərmək kifayətdir. Əgər nəticələr yoxdursa, onlar yerində testdən keçiriləcəklər.
Kadırov, həmçinin iyulun 5-dən etibarən Çenistanda yeni məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı yayılan məlumatları şayiə adlandırıb.
"Bunlar sadəcə şayiədir. Ümumiyyətlə, epidemioloji vəziyyət tam nəzarət altındadır", - o, qeyd edib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31