“Korona sünidir, bu, iki ölkənin oyunudur” - Lukaşenkodan sensasiya

Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

Women.az xəbər verir ki, o, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib.

"Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün", - Lukaşenko bildirib.

Belarus prezidenti dünya nəhəngləri - ABŞ və Çin arasındakı geosiuyasi və iqtisadi rəqabətə də diqqət çəkib:

"Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar". / Teleqraf 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31