Bu ölkədə şəhər satışa çıxarıldı

Yeni Zelandiyada 7,5 milyon dollara şəhər əldə etmək olar. 

Belə bir qiymətə Mellonsfolli Ranç adlı yaşayış məntəqəsi satışa çıxarılıb.

Qeyd edilən ərazidə 10 ev tikilib, həmçinin alıcı hazır biznesə də sahiblənmiş olacaq.

Bildirilir ki, məntəqə 2006-cı ildə vestern həvəskarı tərəfindən tikilib, nümunə kimi isə Vayominq (ABŞ) ştatındakı kovboy şəhərciyi götürülüb.

unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31