Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub, 1 nəfər ölüb
29 İyun 2020 18:01 DünyaRusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"40-a yaxın əməkdaşımız koronavirusa yoluxub. Bir nəfər vəfat edib. Koronavirusdan ölən şəxsin 62 yaşı olub, onun həyat yoldaşı təcili tibbi yardım xidmətində çalışıb və görünür ki, o, xəstəliyi asimptomatik olaraq keçirib", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31