Rusiyada kinoteatrlar açılır

Rusiyada kinoteatrlar iyulun 15-dən öz işini bərpa edəcək.

Bu barədə Baş Nazirin müavini Dmitri Çernışenko deyib.

"Başqa bir yaxşı xəbər kinoteatrların 15 iyulda açılmasıdır", - deyə Çernışenko Rusiyanın Baş Naziri Mixail Mişustinlə görüşdə bildirib.

Xatırladaq ki, Rusiyada koronavirusun yayılması ilə əlaqədar martın 23-dən kinoteatrlar fəaliyyətini dayandırıb. Bənzər məhdudiyyətlər muzey, teatr, filarmoniya, sirklərə və digər təşkilatlara da tətbiq edilib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31