İran prezidentinin müşaviri istefa verib
29 İyun 2020 15:12 Dünyaİran prezidenti Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalibi istefa verib.
Bu barədə H.Əbutalibi "Twitter" səhifəsində açıqlama yayıb.
Müşavir istefasının səbəbini açıqlamayıb.
Bildirilib ki, o,1957-ci ildə anadan olub. H.Əbutalibi 2017-ci ildən Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri vəzifəsində işləyib. O, əvvəllər İranın Belçika, Avstraliya və İtaliyada səfiri olub.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31