İranda koronavirusa qarşı peyvəndlərin istehsal tarixi açıqlandı
29 İyun 2020 14:47 Dünyaİranın bəzi innovasiya müəssisələri COVID-19 əleyhinə peyvəndin hazırlanması üzərində işləyir və 2021-ci ilin martına qədər onlardan biri istehsal prosesinə başlayacaq.
Bunu İran Səhiyyə Nazirliyinin texnoloji inkişaf şöbəsinin müdiri Hüseyn Vətənpur deyib.
Onun sözlərinə görə, o vaxta qədər ölkədə insan papillomavirusu (HPV) və H1N1 qripinə qarşı peyvəndlər də mövcud olacaq.
"Peyvəndin inkişafında irəliləyişimiz xarici analoq məhsullarla rəqabət apara bilər", - deyə o, sözlərini yekunlaşdırıb.
sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31