ABŞ-da 3 nəfər antibakterial əl geli içərək ölüb
27 İyun 2020 13:17 DünyaABŞ-ın Nyu Meksiko ştatında 7 nəfər antibakterial əl geli içib, onlardan 3-ü dünyasını dəyişib, 1-i isə ömürlük kor olub.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə "KOAT" telekanalı məlumat yayıb.
Dövlət Səhiyyə Departamentinə istinadən verilən xəbərə görə, digər 3 nəfərin vəziyyəti ağırdır.
Buna səbəb həmin şəxslərin geli metil spirt zənn etmələri olub.
Qeyd edək ki, digər ölkələrdə olduğu kimi, ABŞ-da da koronavirus pandemiyası fonunda antibakterial gellər geniş yayılıb. İnsanlar daim olaraq metil spirtindən, eləcə də xüsusi gellərdən virusdan qorunma vasitəsi kimi istifadə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31