Alyaskada aviaqəzada həlak olanların qalıqları tapılıb
Alyaskada aviaqəzada həlak olanların qalıqları tapılıb
27 İyun 2020 13:27 DünyaAmerika hərbçiləri Alyaskada XX əsrin ortalarına aid aviaqəzada həlak olanların qalıqlarını tapıblar.
Bu barədə Associated Press məlumat yayıb.
Qalıqlar tapılan yerdə qazıntı aparan hərbçilər, həmçinin sərnişinlərə məxsus əşyalar da aşkar ediblər.
Sərnişinlərə məxsus qalıqların ailələrinə təhvil verilməsi üçün hazırlıq və araşdırma işlərinə başlanılıb.
Qeyd edək ki, sözügedən aviaqəza 1952-ci il noyabrın 22-də baş verib. O zaman Vaşinqtondan Alyaskaya uçan hərbi təyyarə Ankoric şəhəri yaxınlığındakı dağa çırpılaraq aviaqəza törətmişdi.
cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31