Britaniyalı nazir türkiyəli müğənninin evinə qonaq getdi - FOTO

Böyük Britaniyanın Daxili İşlər naziri Priti Patel nümayəndə heyəti ilə birlikdə tanınmış türkiyəli müğənninin evinə qonaq gedib.

"HaberGlobal" məlumat verir ki, pop-sənətçi Eylem Londondakı evində qonaqlarını qəbul edib.

Onlar müğənninin evinin bağçasında türk mədəniyyəti barədə söhbət ediblər.

Qeyd edək ki, ötən ilin dekabr ayında Britaniyanın Baş naziri Boris Conson da heyəti ilə Eylemin qonağı olmuşdu.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31