ÜST-dən şok korona açıqlaması - Vaksinin tapılması üçün 18 ay...
27 İyun 2020 13:27 DünyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, qarşıdakı bir il ərzində COVID-19 testi, koronavirusun müalicəsi və vaksinin tapılması üçün 31,3 milyard dollar vəsait lazımdır. İndiyədək vəsaitin 3,4 milyard dolları toplanıb.
Olaylar.az xəbər verir ki, videokonfrans şəklində baş tutan görüşdə ÜST-ün "ACT-Sürətləndirici" proqramının xüsusi nümayəndəsi Nedozi Okonjo-İweala bildirib ki, aşağı və orta gəlirli ölkələrdə xəstəliyin müalicəsi və diaqnozu üçün 12 aydan artıq vaxt lazımdır. Vaksinin tapılması isə 18 ay vaxt alacaq:
" 2021-ci ilin ortalarına qədər aşağı və orta gəlirli ölkələrdə 500 milyon test və 245 milyon insanı əhatə edəcək müalicə planı hazırlamışıq. Layihə 2021-ci ilin sonuna qədər aşağı və orta gəlirli ölkələr tərəfindən alınması planlaşdırılan 1 milyard doza da daxil olmaqla, 2 milyard doza peyvənd əldə etməyi hədəfləyir".
ÜST-ün baş direkoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, COVID-19-la bağlı vəziyyəti ələ almaq üçün effektli vaksinlərə, diaqnozlara və terapevtlərə ehtiyac var.
teleqraf.com