Harri və Meqan Markl özlərinə yeni iş tapdı
26 İyun 2020 21:09 DünyaŞahzadə Harri və Meqan Markl özlərinə yeni iş tapıb. Onlar Nyu-Yorkdakı "Harry Walker Agency" ilə müqavilə imzalayıblar.
Cütlük konfranslarda və forumlarda iştirak edəcək, nitq söyləyəcəklər. Bunun müqabilində təxminən bir milyon dollar məvacib əldə edəcəklər.
Şahzadə Harri və Meqan Markl kral ailəsindən kənarda müstəqil həyata başlamaq üçün martın sonunda Kanadaya köçüblər. Ancaq ilk 12 ay sınaq müddəti hesab ediləcək. Beləliklə, 2021-ci ildə cütlük kral statuslarını bərpa edə, vəzifələrini yerinə yetirə bilərlər.
Xatırladaq ki, 1 apreldə şahzadə Harri və Meqan Marklın Britaniya kral ailəsinin üzvləri kimi fəaliyyətləri dayandırılıb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31