İranda daha 2628 nәfәr koronavirusa yoluxdu

İranda son sutka ərzində 2628 nəfər yeni növ koronavirusa yoluxub, nəticədə ölkə üzrə ümumi yoluxma sayı 217 724 nəfərə çatıb.

Koronavirusdan daha 109 pasiyent vəfat edib. Bununla pandemiya qurbanlarının sayı 10239-a yüksəlib.

İndiyədək 17785 xəstə sağalıb. Hazırda 2912 nəfərin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31