Nənəsinin ölümünə səbəb olan həkimi öldürdü - Müğənnidən Şok etiraf

Özünəməxsus mahnıları ilə gündəmdə olan müğənni Şanzel Çetin açıqlamaları ilə gündəm yaradıb.

Müğənni illər öncə nənəsininin ölümünə səbəb olan həkimi öldürdüyünü etiraf edib. O bildirib ki, 17 yaşında olarkan törətdiyi cinayətə görə ona 36 il həbs cəzası kəsilib. Cəza müddəti daha sonra 24 ilə endirilib. Cəza qanununda edilən dəyişikliyə əsasən sonralar cəza müddəti daha da aşağı enib. Müğənni 7 il, 2 ay, 10 gün həbs həyatı yaşadıqdan sonra azadlığına qovuşub. Çetinin digər açıqlaması isə sözün əsl mənasında qandonduran olub. O, nənəsinin həkimindən sonra da adam öldürmək istəyinin alışqanlığa keçdiyini bildirib. Müğənni öldurməyə cəhd etmək kimi cinayətlərlə dəfələrlə həbsə düşdüyünu də açıqca etiraf edib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31