Türkiyədə güclü zəlzələ oldu
26 İyun 2020 21:07 DünyaTürkiyənin Manisa, İstanbul, Bursa, İzmir və Çanaqqala şəhərlərində yerli vaxtla saat 10:21-də 5,5 bal gücündə zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episetri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən gün Türkiyənin Van vilayətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ olmuşdu.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31