Keçmiş deputat azyaşlı oğlunu öldürüb, yerə betonladı - Dəhşətli qətlin TƏFƏRRÜATI - FOTO
26 İyun 2020 13:31 DünyaRusiyanın Həştərxan vilayətində törədilən dəhşətli cinayətin üstü açılıb.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat verib.
Belə ki, martın 6-da 56 yaşlı Morozova soyadlı qadın polisə müraciət edərək oğlunun iki gün əvvəl evdən çıxdığını və bir daha qayıtmadığını deyib. Hadisədən üç ay sonra onun cəsədi böyük qardaşının evində, döşəmənin altında yerə betonlanmış vəziyyətdə tapılıb.
İstintaqın nəticələrinə görə, martın 4-də 12 yaşlı oğlan evə gec gəlib. Onunla anası Morozova arasında münaqişə ikincinin uşağın başına qantellə vurması ilə sona çatıb. Zərbənin ağırlığından azyaşlı ölüb. Sonra qadın uşağın meyitini böyük oğlunun evinin döşəməsinə betonlayıb. Bununla yanaşı, uşağın ailəsi istintaqı yayındırmaq üçün onu evin qarşısında gördüklərini deyiblər.
Eyni zamanda, şübhəli aktiv şəkildə sosial şəbəkələrdə oğlunun axtarışı ilə məşğul olub və onu qınayanlara aqressiv reaksiya verib.
Cəsədin yerini böyük qardaşı növbəti ifadəsində təsadüfən deyib. Ona qarşı ittiham irəli sürüləndə qadın cinayət silahının harada olduğunu deyib. Hüquq-mühafizə orqanı əməkdaşları çaydan içində metal qantel və uşağın mobil telefonu olan paket tapıblar.
