Rusiyada məntəqə sədri seçki lotereyasında iştirak etdi və ev qazandı
26 İyun 2020 13:32 DünyaRusiyanın Omsk vilayətinin sakini səsvermədə iştirak edənlər üçün təşkil olunan lotereyada mənzil udub.
Bu barədə "Exo Moskvı" xəbər yayıb.
59 yaşlı Anna Qaneva bunun təsadüf olduğunu deyir. O, səsvermədə və lotereyada iştirak edən seçicilərdən biri olduğunu vurğulayıb. Mənbə bildirir ki, A.Qaneva səsvermənin və lotereyanın keçirildiyi seçki məntəqəsinin sədridir.
Qeyd edək ki, Omskda 25 iyun - 1 iyul tarixlərində Konstitusiyaya dəyişikliklərlə bağlı səs verənlər üçün lotereya təşkil edilib. Uduşa beş minik maşını və beş mənzil daxil olmaqla, 10 mindən çox mükafat qoyulub.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31