Rusiya ilə sərhədlər nə vaxt açılacaq? – Qərar açıqlandı
26 İyun 2020 13:33 DünyaAvropa İttifaqı Rusiyanı iyulun 1-də sərhədlərinin açılacağı ölkələr siyahısına daxil edə bilməyəcək.
Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu mövqe Rusiyadakı koronavirusla bağlı vəziyyətlə izah olunur:
"Fakt budur ki, hazırda Rusiyadakı epidemioloji vəziyyət onun vətəndaşları üçün iyulun 1-də sərhədləri açmaq mümkün olan ölkələrin ilk siyahısına daxil etməyimizə imkan vermir. Bu normaldır, çünki orada virus indi aktivləşir, bunun üçün Rusiyaya daha çox vaxt lazımdır. Virus orada Avropa ölkələrinə nisbətən daha gec yayıldı".
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31