Kəndin ortasında gəzişən şir sakinləri təşvişə saldı - FOTO

Qazaxıstanın qərbində yerləşən Akşukur kəndinin sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Kənd sakinləri kənddə gəzişən şirin qorxusundan küçəyə çıxa bilmədiklərini deyiblər.

Məlumat alındıqdan sonra dərhal kəndə yollanan mütəxəssislər şiri yaxalayaraq, nəzarət altına ala biliblər.

Şirin təxminən 1-2 yaş aralığında olduğu qeyd edilir.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31