Türk professordan koronavirusla bağlı VACİB AÇIQLAMA

Türkiyənin Akdeniz Universiteti Tibb Fakültəsinin müəllimi Dr. Ata Nevzat Yalçın "koronavirus epidemiyası ilə əlaqədar görülən tədbirlərə laqeyd yanaşılsa, yoluxma hallarının yenidən kəskin arta biləcəyini bildirib. Yolun sonundayıq, amma hələ bitməyib" deyib.

Professor Dr. Ata Nevzat Yalçın bildirib ki, koronavirusa yoluxanlarının sayının azalmasına baxmayaraq, xüsusilə sosial məsafəyə diqqət etmədiyimiz və maska taxmadığımız zaman bu rəqəmlər daha çox arta bilər.

Dr. Yalçın, "Tərlədiyimizə görə gündə 2-3 dəfə maska dəyişdirməliyik. Çünki hazırkı vəziyyətdə bir maska bizə yalnız bir neçə saat kömək edə bilər. Şəxsi təmizlik və əl yumanı isə bir neçə dəfə artırmaq faydalıdır. Bir cisimə toxunduğumuz zaman əlin yuyulması mütləqdir. Bu tədbirlər sağlamlığımızın qorunmasında ciddi rol oynayır "deyə bildirib.

Bunlara laqeyd yanaşıldığını söyləyən professor, nisbətin yenidən yoluxma sayında artım olacağını gözləyirik deyib. Dr. Yalçın, "Yolun sonundayıq, amma hələ bitməyib. Bəlkə də mövsümlə əlaqədar yoluxmada az da olsa zəifləmə müşahidə edə bilərik. Amma payız mövsümü ilə əlaqədar çox diqqətli olmalıyıq. Unutmamalıyıq ki, bu mövsüm qrip və digər xəstəliklərlə birlikdə virusa yoluxmada sürətli artım ola bilər. Bir daha vurğulamaq istərdim ki, fərdi və sosial tədbirlər ciddi şəkildə həyata keçirilməlidir" deyə fikrini ifadə edib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31