Tehranın şərqində güclü partlayış

İranın paytaxtı Tehranın şərq hissəsində güclü partlayış baş verib.

Bu barədə "Nour News" portalı məlumat yayıb.

Qeyd edilir ki, hadisə qazla əlaqədar olub.

Portalın məlumatına görə, İranın Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində texniki qazın olduğu rezervuar partlayıb. Lakin qeyd edilir ki, hadisə hərbi obyektlərlə bağlı deyil.

İran Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi faktı təsdiqləyib. O bildirib ki, Tehranın şərqində qazın olduğu rezervuarın partlayışı nəticəsində ölən və ya xəsarət alan olmayıb.

"Mehr" agentliyi partlayışdan sonra yanğının baş verdiyini bildirib.

"Report" son məlumatlara istinadən qeyd edib ki, yanğın söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31