Hindistanda ildırım vurması nəticəsində 100-dən çox insan öldü
26 İyun 2020 11:01 DünyaHindistanın şərqində və şimalında ildırım çaxması nəticəsində 107 nəfər ölüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Times of India" qəzeti bildirib.
Məlumata əsasən, hadisə nəticəsində Bihar ştatında 83 sakin, şimal Uttar Pradeş ştatında isə 24 nəfər ölüb.
Həmin vaxtda həlak olanların əksəriyyəti tarlada işləyirmiş. Təcili xidmətlərin artan təhlükə səviyyəsini elan etdiyi xəbərdarlıqlara baxmayaraq insanlar evlərində oturmayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31