İranda dəhşət - 10 mindən çox insan bu səbəbdən öldü

İranda koronavirusdan dünyasını dəyişənlərin sayı 10 mini ötüb.

Olaylar.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sədat Lari son sutka ərzində 134 nəfərin öldüyünü, 2 min 595 nəfərin virusa yoluxduğunu açıqlayıb.

Beləliklə, İranda ölüm sayı 10 min 130-a, yoluxma sayı isə 215 min 96-ya yüksəlib.

Xəstələrdən 2 min 899-nun vəziyyəti kritik qiymətləndirilir.

Yoluxanlardan 175 min 103 nəfər sağalıb.

Bu günədək ölkədə 1 milyon 530 min 437 test aparılıb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31