Ermənistanda hərbi xidmətdən yayınmağa görə rüşvət faktı aşkar edilib
25 İyun 2020 14:21 Dünya2020-ci il iyunun 17-də Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis işçiləri tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, V.H 2018-ci ilin martında keçmişdə Ermənistan Silahlı Qüvvələrində işləmiş R.M ilə görüşüb və sonuncu ilə oğlunun məcburi hərbi xidmətdən azad olunması ilə bağlı razılığa gəlib, bunun qarşılığında R.M görüş zamanı məsələnin həlli üçün 7.000 ABŞ doları dəyərində pul tələb edib. Daha sonra V.H keçmişdə Ermənistan Silahlı Qüvvələrində işləmiş R.M-ya 6500 ABŞ dolları verib, qalan 500 ABŞ dollarını isə məsələ həll olunanda verəcəyini vəd edib.
Faktla bağlı 18.06.2020 tarixində Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisində Ermənistan Cinayət Məcəlləsinin 34-312-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi və 178-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.
ordu.az