Türkiyədə toyların yeni qaydası: Bəy-gəlindən başqa heç kim oynamayacaq
25 İyun 2020 11:17 DünyaTürkiyədə karantindən sonra yenidən icazə verilən toy mərasimlərində maraqlı qadağalar tətbiq ediləcək.
Olaylar.az Oxu.Az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, toyda bəy və gəlindən başqa heç kim oynamayacaq
Yallı getmək, şou göstərmak qadağandır. Bəy və gəlinə verilən hədiyyələr (pul və ya qızıl) onların yaxasına taxılmayacaq, sandıq və ya qutuya qoyulacaq.
Hamının maska taxmağı şərtdir.
Toylar açıq havada, az sayda iştirakçı ilə keçirilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31