Kolumbiyanın müdafiə nazirinin müavini koronavirusa yoluxub
25 İyun 2020 11:15 DünyaKolumbiyanın müdafiə nazirinin müavini Daniel Palasios yeni növ koronavirusa yoluxub.
Bu barədə D.Palasios öz "Twitter" səhifəsində yazıb.
Nazir müavini bildirib: "Keçən həftə Barranquillaya səyahət etdim (Atlantiko departamentinin paytaxtı - red.). Bu gün səhər (iyunun 24-ü red.) koronavirusla əlaqədar testdən keçdim, testin nəticəsi müsbət oldu".
D.Palasion qeyd edib ki, hazırda o karantindədir.
Xatırladaq ki, Kolumbiyada koronavirusa 77 113 nəfər yoluxub, 2 491 nəfər isə koronavirusdan ölüb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31