Ermənistanın prezidenti artıq yoxdur – Zöhrabyan

Armen Sərkisyan prezidentliyi dönəmində özünü legioner kimi aparıb.

Bu sözləri öz Feysbuk səhifəsində Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan yazıb.

"Dünən Ermənistan Prezidenti Armen Sərkisyan de-yure növbəti təhqir ritualını keçdi. Gecə onu Prezidentin konstitusion düzəlişləri imzalamaq haqqından məhrum edilməsi barədə qanun layihəsini imzalamağa məcbur etdilər. Yəni dünən Prezident Armen Sərkisyan özünüməhv protokoluna imza atdı. Ermənistan artıq təkcə de-fakto yox, həm də de-yure prezidentə sahib deyil", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31