Koronavirus sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb oldu: 97 ölü

Pakistan Beynəlxalq Hava Yollarına məxsus "Airbus A320" sərnişin təyyarəsinin mayın 22-də Karaçi üzərində qəzaya uğramasına səbəb insan faktoru olub: pilot və nəzarətçinin başı koronavirus barədə söhbətə qarışıb.
Bu barədə Pakistan Mülki Aviasiya naziri Qulam Sərvər Xan açıqlama verib.
Onun sözlərinə əsasən, pilot və nəzarətçi təhlükəsizlik qaydalarına əməl etməyiblər və hər ikisinin qohumları koronavirusa yoluxduğu üçün fikirləri infeksiya barədə söhbətə qarışıb.
Təyyarə çox yüksək məsafədən enməyə başlayıb, pilot isə koronavirusu müzakirə etdiyindən bunu vaxtında hiss etməyib.
Eyni zamanda, ekipajın təcrübəli olduğu və uçuşdan öncə tibbi müayinədən keçdiyi vurğulanır.
Göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olan təyyarənin heç bir texniki nasazlığı olmayıb.
Qeyd edək ki, təyyarə yaşayış məntəqəsinə düşüb, bir neçə ev dağılıb, 97 nəfər ölüb.

big.az
Sağ qalanlar haqqında dəqiq məlumat yoxdur.
Daha öncə dağıntılar altından sağ uşağın tapıldığını əks etdirən videogörüntülər yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31