Prezident Moskvadan qayıdıb təcrid rejiminə keçdi

Bu gün Moskva səfərində onu müşayiət edən nümayəndə heyətinin iki üzvündə koronavirus testi pozitiv çıxan Qırğızıstan Prezidenti Soonbay Jeenbekov təcrid rejiminə keçib.

Testi pozitiv çıxanlar Bişkekdə 14 gün müddətində təcrid şəraitində qalacaqlar.

Prezident və digərləri isə testin nəticəsini gözlədikləri müddətdə - azı 3 gün təcrid şəraitində işləyəcəklər.

Xatıladaq ki, bu gün Moskvada Qələbə paradında iştirak etməyə gedən Jeenbekovu müşayiət edən iki nəfərdə test müsbət çıxıb. Halbuki onların Moskvya yol düşməzdən əvvəlki test cavabları neqativ idi.

cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31