Bolqarıstanda fövqəladə vəziyyət rejimi uzadılıb
24 İyun 2020 16:36 DünyaBolqarıstan hökuməti koronavirusa yoluxanların sayının artması səbəbindən ölkədə fövqəladə vəziyyət rejimini iyulun 15-dək uzadıb.
Bu barədə Baş Nazir Boyko Borisov bildirib.
Onun sözlərinə görə, sərt məhdudiyyətlər tətbiq etməyi düşünmürlər, lakin azarkeşlər sosial məsafəni gözləmədikləri təqdirdə stadionları bağlaya bilərlər.
Səhiyyə naziri Kiril Ananiyev isə qapalı ictimai yerlərdə qoruyucu maska taxmaq və sosial məsafəni saxlamağın şərt olduğunu söyləyib.
Son bir gündə Bolqarıstanda koronavirus infeksiyasına 130 yeni yoluxma qeydə alınıb, virusa yoluxanların ümumi sayı 4114-ə çatıb.
Onların arasında 373 tibb işçisi var, indiyədək 208 nəfər ölüb. Hazırda 362 xəstə müalicəsini davam etdirir, 13 pasiyent reanimasiyaya yerləşdirilib.
Bolqarıstanda koronavirus infeksiyasına ilk yoluxma martın 8-də aşkarlanıb. Martın 13-dən bəri ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilir.
azvision.az