Bu ölkənin 15 rayonunda fövqəladə rejim ELAN OLUNDU

Leysan yağışlardan sonra çayların daşmasıyla əlaqədar Serbiyanın 15 bölgəsində fövqəladə hal rejimi elan olunub.
Bu barədə "RİA Novosti" ölkənin milli televiziyasına istinadən yazır.
Qeyd olunur ki, Serbiyada artıq bir neçə gündür, yağış yağır. Hava şəraiti ilə əlaqədar ən ağır vəziyyət ölkənin qərbində qeydə alınıb.
Hökumət Kralevo şəhəri və onun ətrafında daşqınlarla mübarizəyə hərbçiləri cəlb etmək məcburiyyətində qalıb.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31