Fransa Qvianasında koronavirusla əlaqədar yenidən təcrid rejimi gözlənilir

Fransa Qvianasında COVID-19 virusuna yoluxanların sayı sürətlə artır.

Fransa Regional Səhiyyə Agentliyinin məlumatına görə, burada epidemiyanın pik nöqtəsi iyulun ikinci və üçüncü həftələrində gözlənilir.

Yoluxucu xəstəliklər üzrə həkim Loik Epelbuan bildirib ki, sürətlə yayılan virus səhiyyə sistemində problemlər yaradıb. Təcrid rejiminin yenidən tətbiqi qaçılmazdır. Yalnız bu rejim vəziyyəti yüngülləşdirə bilər.

Qeyd edilib ki, son günlərdə virusa yoluxanların sayı sürətlə artır. Xəstəxanalar, xüsusilə də reanimasiya şöbələri çətinliklərlə üzləşib.

azertag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31