Çernobılda koronavirus tapıldı - RƏSMİ
24 İyun 2020 15:12 DünyaÇernobıl Atom Elektrik Stansiyasında koronavirusa yoluxma aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə stansiyanın rəsmi internet saytında məlumat dərc olunub.
Xəbərə görə, ötən gün Çernobıl AES Dövlət İxtisaslaşdırılmış Şirkətinin işçilərindən birində COVID-19 aşkarlanıb.
Hazırda məzuniyyətdə olan həmin əməkdaşın stansiyaya son dəfə 9 iyunda gəldiyi bildirilib. Həmin xəstə və onun təmasda olduğu işçi karantinə alınıb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31