ABŞ-ın yeddi ştatında rekord sayda yoluxma qeydə alınıb

ABŞ-ın Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Tennesse ştatlarında iyun ayının 23-də pandemiya başlayandan indiyədək yeni koronavirusa yoluxanların ən böyük sayı qeydə alınıb.

Yerli səhiyyə qurumlarının məlumatlarına görə, ötən gün Texasda 5 489, Kaliforniyada 5 019, Arizonada 3 591, Arkanzasda 595, Cənubi Karolinada 890, Şimali Karolinada 848, Tennessedə 750 yoluxma baş verib.

Həmçinin ABŞ-ın 33 ştatı və ərazisində ötən həftə ən yüksək orta yoluxma rəqəmləri açıqlanıb.

Bundan əvvəl Arizona, Texas, Oklahoma, Tennesse, Florida ştatlarında gündəlik rekord yoluxma qeydə alınmışdı.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31