Cənubi Afrika Respublikasında koronavirus peyvəndinin sınağına başlanılır
24 İyun 2020 14:01 DünyaBu gün yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvəndin Cənubi Afrika Respublikasında (CAR) sınağına başlanılır.
Bu barədə yerli "eNCA" telekanalı məlumat yayıb.
Peyvəndin sınağı Yohannesburq şəhərinin ətrafındakı Vitvatersrand Universitetində 2000 könüllünün iştirakı ilə keçirilir.
Peyvəndi Oksford Universiteti və "AstraZeneca" əczaçılıq korporasiyası birgə hazırlayıb.
Bu peyvəndin ilkin sınaqları Böyük Britaniyada könüllülərin iştirakı ilə keçirilib. Sınaqların Braziliya və ABŞ-da da həyata keçirilməsi planlaşdırılır.
Pandemiyanın əvvəlində Afrikada bir qrup qeyri-hökumət təşkilatı koronavirus peyvəndlərinin sınaqlarının qitədə keçirilməsinə icazə verməyəcəklərini bəyan etsələr də, daha sonra fikirlərini dəyişiblər.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31