Daha bir ölkə karantin rejimini uzatdı
24 İyun 2020 13:34 DünyaKolumbiya 30 iyunda bitməli olan sərtləşdirilmiş karantin rejimini 15 iyula qədər uzadıb.
Bu barədə dövlət başçısı İvan Duke danışıb.
Prezident bildirib ki, buna səbəb yoluxma faktlarında artımın yaşanmasıdır: "Bu müddət ərzində istehsal fəaliyyəti davam edəcək, mağazalar açılacaq. Mövcud izolyasiya qaydaları isə qüvvədə qalacaq".
Qeyd edək ki, Kolumbiya ilk dəfə martın 25-dən etibarən karantin rejimi tətbiq etməyə başlayıb. İyunun 1-də məhdudiyyətlər qismən aradan qaldırılıb.
Son rəqəmlərə görə, Kolumbiyada indiyədək 73 min 572 nəfər virusa yoluxub, 2 min 404 nəfər ölüb. 30 min 4 nəfər sağalıb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31