Vaşinqtonda qoruyucu maska taxmaq məcburi olacaq
24 İyun 2020 13:34 DünyaABŞ-ın Vaşinqton ştatında qoruyucu maska taxmaq məcburi olacaq.
Bu barədə ştatın qubernatoru Cey İnsli öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, qərar iyunun 26-dan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma göstəricilərinə görə liderlik edir. Bu günədək ölkədə 2,4 milyondan çox şəxs virusa yoluxub, ölənlərin sayı 123 min nəfəri keçib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31