"Sovet xalqı dəhşətli dəyər ödədi" - Putin

Sovet xalqı dəhşətli Holokosta son qoydu, dünyanı faşizmdən xilas etdi.

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvadakı hərbi paradda çıxışı zamanı deyib.

O, Qırmızı ordusuz dünyanın vəziyyətini təsəvvür etməyin çətin olduğunu bildirib.

Putin Böyük Vətən müharibəsi haqqında həqiqətin qorunması gərəkdiyini bir daha vurğulayıb:

"SSRİ xalqı Avropanın azadlığı üçün dəhşətli dəyər ödəyib. Bizim borcumuz nasizmlə mübarizədə əsas ağırlığın sovet xalqının üzərinə düşdüyünü xatırlamaqdır".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31