Koronavirusa "inanmayan" prezidentə məhkəmə MASKA "TAXDIRDI"
24 İyun 2020 10:52 DünyaBraziliya məhkəməsi prezident Jair Bolsonaruya ictimai yerlərdə tibbi maska taxmağı əmr edib.
Bu barədə DW yazır.

Belə ki, dövlət başçısı məhkəmənin tələbini yerinə yetirməsə, 2000 real (340 avro) cərimə ödəməli olacaq.
Qeyd olunur ki, Bolsonaru koronavirusun təhlükəli olduğuna inanmır və dəfələrlə ölkənin bir neçə əyalətində tətbiq olunan məhdudiyyətləri tənqid edib.

Statistikaya əsasən, Braziliyada pandemiya başlayandan 1,1 milyon insanda koronavirus aşkarlanıb, 51 mindən çox adam isə bu xəstəlikdən ölüb.
big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31