Bu ölkə koronanın ikinci dalğasını gözləyir

Avstraliya əhalisi koronavirus pandemiyasının ikinci dalğasını gözləyir.

Olaylar.az xəbər verir ki, bu, "Qardian" qəzetinin apardığı sorğudan sonra məlum olub.

Sorğu iştirakçılarının yalnız 13 faizi bu ehtimalın olmayacağına inandığını bildirib.

Sorğuya əsasən, avstraliyalılar normal həyata tezliklə qayıdacaqlarına inanmırlar. Onların işsizlik barədə də rəyləri ürəkaçan deyil. Respondentlərin 70 faizi işsizliklə bağlı vəziyyətin düzəlməsi üçün bir il vaxt lazım olacağı qənaətindədir. Avstraliyanın Statistika Bürosu aprel-may aylarında 227 min insanın iş yerlərini itirdiyi barədə məlumat yayıb.

Qəzet yazır ki, COVİD-19 xəstələrinin sayında artım Viktoriya ştatında tətbiq edilən fövqəladə halın yenidən və ən azı 4 həftə uzadılmasına səbəb olub. Avstraliyanın Baş naziri Skott Morrison hesab edir ki, əgər dövlətlər qadağaları aradan qaldırsalar, yoluxma sayında artım davam edəcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31