Yaponiyada 3 aydan sonra kitabxanalar açıldı

Yaponiyada koronavirus infeksiyası səbəbindən üç aydan çox bağlı olan kitabxanalar bu gündən ziyarətçilər üçün açılıb.

Kitabxanalara gələnlər bir sıra qaydalara mütləq əməl etməlidir.

Belə ki, girişlərdə dezinfeksiyaedici mayelər olan şüşələr qoyulub, bütün ziyarətçilərin maska taxmalı, əllərini dezinfeksiya etmələri və ən azı bir metr məsafə saxlamaları barədə xəbərdarlıq plakatı yerləşdirilib.

İnfeksiya ehtimalını azaltmaq üçün ziyarətçilərdən kitabxanada uzun müddət qalmamaları tələb olunur.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31