Erməni vitse-spiker koronavirusa yoluxub

Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan vitse-spikeri Vahe Enfiacyan koronavirusa yoluxub.

Bu barədə o, "Facebook" hesabında yazıb.

Enfiacyan bildirib ki, COVID-19 testindən keçib və nəticəsi müsbətdir: "Qeyd etməliyəm ki, səhhətim yaxşıdır, hazırda narahatedici şikayətlər yoxdur".

Digər parlament üzvləri də koronavirus üçün testlərdən keçiblər. Onların arasında Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, "Mənim addımım" fraksiyasının deputatları da var.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31