“Karantinin nəticələri virusdan daha fəlakətli olacaq” - Ukrayna Baş Naziri
23 İyun 2020 18:24 DünyaUkraynanın Baş Naziri Denis Şmıqal ümumi karantin nəticələrinin koronavirusdan daha fəlakətli olacağını deyib.
Baş Nazir Ukraynada yoluxma sayının durmadan artmasına baxmayaraq, hökumətin mövcud adaptiv karantin modelini qoruyacağını və tam qapanmaya keçməyəcəyini vurğulayıb.
Ukraynanın səhiyyə naziri Maksim Stepanov isə vətəndaşların karantin zamanı davranışlarını anarxiya adlandırıb.
Qeyd edək ki, Ukrayna hökuməti adaptiv karantini 31 iyul tarixinə qədər uzadıb. Məhdudiyyətlərin sərtləşməsi və ya yüngülləşdirilməsi müəyyən bir bölgədəki epidemioloji vəziyyətdən asılıdır.
Son məlumatlara görə, Ukraynada koronavirusa yoluxanların ümumi sayı 38 074 nəfərə çatıb. Ötən gün ərzində 833 yoluxma halı aşkarlanıb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31