İspaniyada karantindən sonra ilk konsert - Bitkilər üçün...

İspaniyanın Barselona şəhərindəki "El Liceu" operası COVID-19 səbəbi ilə üç aydır konsertləri dayandırmışdı. Ölkədə karantin tədbirləri yumşaldıldıqdan sonra ilk konsert isə çiçək və bitkilərə verilib.

Konsert salonunda 2 min 292 oturacağa bitkilər qoyulub. Konsertdən sonra bitkilərin hər biri COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinə verilib.

"El Liceu" operasının konserti internetdə canlı yayımlanıb.

Qeyd edək ki, epidemiya səbəbiylə İspaniyada ən az 28 min adam həyatını itirib.

redaktor.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31