Məşhur tennisçi və hamilə xanımı koronavirusa yoluxublar
23 İyun 2020 18:28 DünyaBelqradda keçirilən turnirlərin iştirakçılarından Viktor Troitskinin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Troitski ilə yanaşı, onun hamilə həyat yoldaşında da COVID-19 aşkarlanıb.
Troitski 13-14 iyunda "Adria Tour"un ilk mərhələsində korta çıxmış, daha sonra isə Yanko Tipsareviçin akademiyasında keçirilən Şərqi Avropa çempionatına qatılmışdı.
Qeyd edək ki, Novak Cokoviçin təşkilatçılığı ilə keçirilən turnirlərdə iştirak edən Qriqor Dmitrov və Borna Çoriç də koronavirusa yoluxub.
Fanat.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31