Zelenski azərbaycanlı xanımı yüksək vəzifəyə təyin etdi - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski 27 yerli hakimin təyinatı haqqında fərman imzalayıb.

Ukrayna Prezidentinin rəsmi saytı xəbər verir ki, təyin olunan yeni hakimlər 13 vilayəti əhatə edir.

Yeni hakimlər arasında soydaşımız da var. Prezidentin fərmanı ilə Səfərova Anjelika Fərhad qızı Odessa vilayətinin Kominternovsk rayonunun hakimi təyin olunub.

Qeyd edək ki, əslən azərbaycanlı olan Anjelika Səfərova Türkmənistanda anadan olub.(AzərTAc)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31