Toyuq filesində xlor və antibiotik aşkarlandı - RUSİYADA
23 İyun 2020 14:31 Dünya"Rusiyanın keyfiyyət sistemi"nin ("Roskaçestvo") apardığı tədqiqat nəticəsində toyuğun döş ətinin tərkibində xlor və antibiotik aşkar edilib.
Bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Bildirilir ki, "Roskaçestvo" 15 ticari markanın filesinin tərkibində xlor, antibiotik, boy hormonu, nəmsaxlayan komponentləri ehtiva etdiyini araşdırıb. Nəticədə doqquz markanın məhsulunun tərkibində yan təsirləri olan xloroform aşkar edilib.
Tədqiqatlar nəticəsində 10 markaya məxsus filenin tərkibində isə antibiotiklər müəyyən edilib. Bildirilir ki, həmin məhsulların üzərində isə "Antibiotiksiz" yazılıb.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31