Baykalın suyu bulanır – Alimlərdən həyəcan təbili

Dünyanın ən şəffaf göllərindən biri olan Baykalın suyu bulanmağa başlayıb.

Belə bir qərara İrkutsk alimlərini apardıqları araşdırmalar nəticəsində gəliblər.

Tədqiqatçıların sözlərinə əsasən, gölün şəffaflığını itirməsinə səbəb suyu filtrə edən süngərlərin kütləvi məhv olmasıdır.

Alimlər süngərlərdə nekroz (canlının toxuma və hüceyrələrinin tam, yaxud qismən ölməsi - red.) müşahidə edildiyini bildirirlər.

Mütəxəssislər vurğulayırlar ki, əgər bu, 10 il öncə Baykalın yalnız ayrı-ayrı hissələrində müşahidə edilirdisə, indi kürləvi hal alıb. Gölün suyunun artıq yaxın zamanlarda tam bulanacağı da istisna edilmir.

Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31