ABŞ miqrantlar və iş axtaranlara QAPILARINI BAĞLADI

ABŞ Prezidenti Donald Tramp 22 apreldə imzalanan və miqrantların ölkəyə girişini məhdudlaşdırdığı fərmanı ilin sonuna qədər 60 gün müddətinə, eyni zamanda qeyri-miqrant viza növlərinin bəzilərinin də məhdudiyyət müddətini uzatdığını təsdiqləyən yeni fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə ölkədə işsizlik probleminin meydana gəldiyini ifadə edən Donald Tramp bu fərmanın yeni məşğulluq sahələrində Amerika vətəndaşlarına üstünlük verəcəyini vurğulayıb.

Trampın imzaladığı fərmanla "miqrant vizası" olan şəxslərin 2020-ci ilin sonunadək ABŞ-a qəbul edilməyəcəyi və bəzi "qeyri-miqrant vizaları" kateqoriyasına daxil olan, lakin işləmələrini təmin edən vizaların bu fərmanda yer alacağı qeyd edilib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31