İstanbulda xəstəxanada yanğın olub
23 İyun 2020 13:38 DünyaTürkiyənin İstanbul şəhərin Təhsil Araşdırma Xəstəxanasında yanğın baş verib.
Hadisə yerinə çox sayda yanğınsöndürən briqadası cəlb edilib. Xəstəxananın ikinci mərtəbəsində başlayan yanğın tez bir zamanda söndürülüb.
Bildirilir ki, yanğın nəticəsində xəsart alan olmayıb.
Hazırda xəstəxanaya dəyən zərərin hesablanması işləri aparılır.
İlkin məlumata əsasən, yanğın texniki səbəblərdən başlayıb, lakin araşdırma davam edəcək. //Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31